Kral ailəsinin cəvahiratı hərraca çıxarılır

Londonda Vindzor hersoqu və hersoqinyasının qiymətli əşyaları dekabrın 12-si yeni sahibləri məlu olacaq

Böyük Britaniyanın paytaxtı Londonda Vindzor sarayının hersoq və hersoqinyasına məxsus cəvahirat və digər şəxsi əşyaları hərraca çıxarılır. Məşhur "Sotby`s" hərracına çıxarılan qiymətli əşyaların əksəriyyəti bir vaxtlar Vindzor hersoqiyası olmuş Vollis Simpsona məxsus olub. Onların arasında ən qiymətlisi hesab edilən mavi sapfirlə bəzədilmiş qolbağın 130 min-180 min funt sterlinqə satılacağı proqnozlaşdırılır. Kolleksiyada 30 əşya yer alıb. Onların arasında Britaniya kraliçası Viktoriyanın 1899-cu ildə nəticəsi şahzadə Edvarda hədiyyə etdiyi gümüşü şəkil çərçivəsi xüsusilə marağa səbəb olub. Kral ailəsinə məxsus qiymətli əşyalar dekabrın 12-də hərraca çıxarılacaq. ans

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31