"Neft Daşları" yatağında yeni quyu istismara verilib
9 Dekabr 2013 17:24 İqtisadiyyat"Neft Daşları" yatağındakı 2585 nömrəli stasionar dəniz özülündən 2595 nömrəli quyu qazmadan sonra istismara verilib. ARDNŞ məlumat verir ki, "Neft Daşları" Dəniz Qazma İşləri İdarəsi tərəfindən qirməki üstü gilli horizontuna qazılmış quyu 2242-2224 metr intervaldan fontan üsulu ilə sutkalıq 30 ton neft hasilatı ilə istismar fonduna qəbul edilib.
Qeyd edək ki, quyu "Neft Daşları" NQÇİ-nin sifarişi ilə qazılıb.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31