Bakıda köhnə mənzillərin alıcılıq qabiliyyəti artıb
9 Dekabr 2013 17:07 İqtisadiyyat"Əmlаk Bаzаrı İştirаkçılаrı" İctimаi Birliyi qiymət artımı ilə bağlı Bakıda monitorinq aparıb. "OLAYLAR"a daxil olan məlumata görə, noyabr ayında daşınmaz əmlak bazarında 0.2-3% bahalaşma qeydə alınıb. Əhalinin alıcılıq qabiliyyətinin artması, nəticədə mənzillərə olan təlabatı da yüksəldib. İpoteka ilə alınan mənzillərin 80%-i təkrar mənzil bazarına aid olduğundan tələbat əsasən bu seqmentədir ki, nəticədə artım əsasən köhnə tipli mənzillərdə müşahidə olunur. Digər tərəfdən ipotekaya yönəlmiş bu mənzillər girov qoyulduğundan artıq 25 il müddətinə onların dövriyyəsi mümkün sayılmır. Bu da nəticədə daşınmaz əmlak bazarında müəyyən məhdudlaşmaya səbəb olur və ilkin mənzil bazarına tələbi artırır. Noyabrda yeni tikililərin alqı-satqısında həm aktivlik, həm də qiymət artımı müşahidə edilib. Tam kommunal şəraitli, 2-3 otaqlı, orta mərtəbəli, 1 kv.metri 800-1000 manat məbləğində, sənədli mənzillərə olan tələb noyabrda da yüksək olub. Nəticədə noyabrda aparılan araşdırmalar zamanı paytaxtın ilkin mənzil bazarında baş verən qiymət dəyişməsi 2.1% artım təşkil edib. Ucuz yaşayış mənzillərin satış həcmində, bağlanan əqdlərin dinamikasında və qiymət indeksində artım müşahidə edilib. Araşdırmalara əsasən, noyabr ayında ilkin mənzil bazarı üzrə qiymətlər artıma meylli olub və paytaxt üzrə bazara təklif edilən yeni tikililərdə bir kvadrat metr üzrə orta qiymət göstəricisi ötən aydakı 902.5 manata qarşı 2.1% artaraq 921.9 manat təşkil edib. Ötən rübün müvafiq dövrü ilə müqayisədə qiymət dəyişməsi 4.0%, ötən ilə nisbətdə isə 13.1% artımla yadda qalıb. Orta qiymətdə 2.1% artım qeydə alındığından qiymət indeksi iyun ayındakı 344.4 səviyyəsindən 7.2 bənd artaraq 351.6 bənd səviyyəsində qərarlaşıb. ƏBİ-in mоnitоrinq qrupunun 2013-cü ilin noyabr ayı ərzində аvtоmоbil bаzаrındа аpаrdığı mоnitоrinqin nəticələrinə görə, bаzаrdа dinamikanın artımı müşahidə olunub. Təxminən bir ilə yaxındır ki, təklifin ili köhnə avtomobillər hesabına artım tendensiyası demək olar ki, tam aradan qalxıb. Ay ərzində satış mərkəzlərinə müraciət edənlərin sayında və buna müvafiq olaraq bağlanan əqdlərin dinamikasında artım qeydə alınıb. Bazarda təklifin azalmasına baxmayaraq, təklifin tələbi üstələmə tendensiyası hələ də davam edir. Ay ərzində tələbin nisbi artımı, buna müvafiq olaraq dinamikanın da müsbətə doğru dəyişməsi qeydə alınıb. Dinamikanın artımı orta qiymətə də təsir göstərib. Noyabr ayı üçün bаzаrdа оrtа qiymət əvvəlki аylа müqayisədə 1.6% artaraq 16250 manat olub. ("OLAYLAR" İA)