Kələm və almadan başqa hər şey bahalaşıb

Noyabr ayında satılmış kənd təsərrüfatı məhsullarının istehsalçı qiymətləri əvvəlki ayla müqayisədə 0,5 faiz, o cümlədən birillik bitkilərin istehsalçı qiymətləri 0,3 faiz, çox illik bitkilərin istehsalçı qiymətləri 0,7 faiz, diri heyvanlar və heyvandarlıq məhsullarının istehsalçı qiymətləri isə 0,6 faiz bahalaşıb. Statistika Komitəsindən "Olaylar"a verilən məlumata görə, birillik bitkilərdən qarğıdalının istehsalçı qiymətləri 0,3, göyərtilərin 0,8, xiyarın 2,0 , pomidorun 1 , bibərin 0,5, badımcanın 0,6, soğanın 0,2, kartofun qiyməti 0,1 faiz bahalaşmışıb, buğdanın istehsalçı qiymətləri 1,0 faiz, kələmin istehsalçı qiymətləri isə 1,2 faiz ucuzlaşmışıb. Çoxillik bitkilərdən almanın istehsalçı qiymətləri 16,8, feyxoanın 14,1, limonun 9,2 faiz ucuzlaşmış, üzümün istehsalçı qiymətləri 1,7, narın 28,5, armudun 11, qozun 1,4, fındığın qiyməti isə 16,2 faiz bahalaşmışıb. Diri heyvanlar və heyvandarlıq məhsullarından quş ətinin istehsalçı qiymətləri 1,0, yumurtanın qiymətləri 3,7 faiz ucuzlaşıb, diri qoyun və keçilərin istehsalçı qiymətləri 3,6 faiz, mal və qoyun ətinin müvafiq olaraq 0,2 və 0,9 faiz bahalaşmışıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31