Vergi ilə bağlı sorğuların sayı artıb
9 Dekabr 2013 16:25 İqtisadiyyat2013-cü ilin yanvar-noyabr aylarında Vergilər Nazirliyinin 195 Çağrı Mərkəzi tərəfindən 226 min 488 müraciət cavablandırılıb, vergi ödəyicilərinə 552 min 505 sayda mesaj göndərilməklə onların məlumatlandırılması təmin edilib. Bu barədə nazirliyin Analitik İnformasiya Mərkəzindən verilən məlumata görə, Telefon Məlumat Xidmətinə daxil olmuş müraciətlərin 163 min 612-i canlı rejimdə müfəttiş-operatorlar, 62 min 876-sı səsli menyu vasitəsilə elektron operator tərəfindən cavablandırılıb. Müfəttiş-operatorlar tərəfindən cavablandırılmış suallar arasında vergi növləri (12,5%), elektron xidmətlər - (27,5%), hesabatlar və onların doldurulma qaydaları (8,4%), qeydiyyat (11,4%) barədə suallar, səsli menyu vasitəsilə qəbul edilmiş müraciətlər arasında isə vergi növləri (45,6%) və dövlət büdcəsinə olan vergi borcları (29,1%) barədə müraciətlər üstünlük təşkil edib. Hesabat dövrü ərzində canlı əlaqə zamanı müfəttiş-operatorlar tərəfindən cavablandırılmış müraciətlərin sayı 2012-ci ilin müvafiq dövrünə nisbətən 27,% artıb.