“Atasığorta”nın Cənub filialı açılıb
9 Dekabr 2013 16:18 İqtisadiyyat"Atasığorta" ASC-nin yeni "Cənub" filialı istifadəyə verilib. Şirkətdən "OLAYLAR"-a daxil olan məlumatda bildirilib ki, Lənkəran şəhərində yerləşən yeni filialda müştərilərə müxtəlif çeşidli sığorta məhsullarının təqdim edilməsi nəzərdə tutulub. "Cənub" filialının açılış mərasimində iştirak edən "AtaSığorta" ASC-nin İdarə Heyətinin sədri Müseyib Əliyev bildirib ki, şirkət hər zaman keyfiyyətli və operativ sığorta xidmətləri göstərməklə müştərilərinə daha yaxın olmaq üçün çalışır. Qeyd edib ki, regionlarda yeni AtaSığorta filial və nümayəndəliklərin açılması da bu istiqamətdə görülən işlərin tərkib hissəsidir və Strateji Plana uyğun olaraq xidmət şəbəkəsinin genişləndirilməsi bundan sonra da davam edəcək.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31