Ötən ay Ceyhan limanından 2,7 milyon ton neft daşınıb

2013-cü ilin noyabr ayı ərzində 2 milyon 711 min 473 ton Azərbaycan nefti Ceyhan limanından dünya bazarlarına çıxarılıb. "Olaylar" socar.az saytına istinadən xəbər verir ki, bunun 1 milyon 830 min 620 tonunu Azərbaycan Respublikası Dövlət Neft Fondunun nefti təşkil edib. Cari ilin yanvar-noyabr aylarında Ceyhan limanından dünya bazarlarına çıxarılmış neftin həcmi 27 milyon 69 min 219 ton olub. Ümumiyyətlə, BTC istismara verilən gündən 2013-ci il dekabr ayının 1-ə qədər Ceyhan limanından 230 milyon 735 min 873 ton Azərbaycan nefti dünya bazarlarına yola salınıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31