Noyabr ayında BTC kəməri ilə 2,3 milyon ton nefti nəql edilib

2013-cü ilin noyabr ayı ərzində BTC əsas ixrac boru kəməri vasitəsilə 2 milyon 327 min 099 ton Azərbaycan nefti nəql olunub. Socar.az xəbər verir ki, cari ilin yanvar-noyabr aylarında bu kəmərlə 27 milyon 267 min 792 ton neft ötürülüb. Ümumiyyətlə, kəmər istifadəyə verilən gündən 2013-cü il dekabr ayının 1-ə qədər BTC-yə 232 milyon 719 min 606 ton neft vurulub. Bundan başqa, cari ilin noyabr ayında BTC kəməri ilə 185 min 540 ton Türkmənistan nefti, 243 min 683 ton isə Qazaxıstan nefti nəql olunub. OLAYLAR

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31