“Darvin Bankası” yatağında 2 quyu istismara verilib

Bu günlərdə "Darvin Bankası" yatağındakı 620 nömrəli meydançada 2 quyu qazmadan sonra istismara verilib. Socar.az xəbər verir ki, Qirməki Altı Lay Dəstəsinə qazılan 688 nömrəli quyu sutkalıq 6 ton, 689 nömrəli quyu isə sutkalıq 5 ton neft hasilatı ilə istismar fonduna daxil edilib. Quyular "Abşeronneft" NQÇİ-nin sifarişi ilə "Neft Daşları" Dəniz Qazma İşləri İdarəsi tərəfindən qazılıb.
Ay ərzində həyata keçirilmiş qazma işləri
Alim \"OLAYLAR"İA\ 2013-cü ilin noyabr ayı ərzində Azərbaycan Respublikası Dövlət Neft Şirkəti (Müştərək Müəssisələr və Əməliyyat Şirkətləri istisna olmaqla) 12401 metr qazma işi həyata keçirib. Socar.az xəbər verir ki, bu sahədə görülmüş işlərin 11771 metri istismara, 630 metri isə kəşfiyyata aid olub. Ümumiyyətlə, 2013-cü ilin yanvar-noyabr aylarında ARDNŞ üzrə (Müştərək Müəssisələr və Əməliyyat Şirkətləri istisna olmaqla) 138439 metr qazma işi görülüb ki, bunun da 131475 metri istismara, 6964 metri kəşfiyyata aid olub.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31