Dizel yanacağının qiyməti aşağı salınmalıdır
Qüdrət Həsənquliyev: “İctimai nəqliyyatda vəziyyəti düzəltmədən benzinin qiymətinin qaldırılmasını yanlışdır”
3 Dekabr 2013 15:32 İqtisadiyyat"Hökumət yanacağın qiymətinin qaldırılması məsələsinə yenidən baxmalıdır". Bunu deyən deputat Qüdrət Həsənquliyev yanacaq artımı ilə bağlı Tarif Şurasının qiymət siyasətini tənqid edib: "Dizel yanacağının qiyməti aşağı salınmalıdır. Bu artım kənd təsərrüfatına zərbə vura bilər". Q. Həsənquliyev həmçinin qiymət artımının digər aspektinə diqqət yetirərək bildirib ki, Bakıya gətirilən bahalı avtomobillərə təlabat gün-gündən artır. "Bahalı maşınlar ala bilərsə, benzin pulunu da ödəyə bilər. Düşünürəm ki, 95 markalı benzinin qiymətini qaldırılması doğrudur". Bununla yanaşı, deputat ictimai nəqliyyatda olan vəziyyəti tənqid edərək bildirib ki, bu sahədə olan problemlər aradan qaldırılmadığı bir vəziyyətdə benzinin qiymət artımı düz deyil. "İctimai nəqliyyatda vəziyyəti düzəltmədən benzinin qiymətinin qaldırılmasını yanlışdır".