Ərzaq mallarının da qiyməti qalxacaq
3 Dekabr 2013 11:31 İqtisadiyyat"Benzinin qiymətinin artması gözlənilən idi. 2014-cü ilin dövlət büdcəsinin müzakirəsi zamanı biz bu məsələyə toxunmuşduq". Bunu deyən Milli Məclisin iqtisadi siyasət komitəsinin üzvü, millət vəkili Vahid Əhmədovun sözlərinə görə, bəzi xərclər artırıldığından başqa bahalaşmanı da proqnozlaşdırmaq olurdu. Deputat yanacağın qiymətinin artmasını digər sahələrə, o cümlədən ərzaq qiymətlərinə təsirsiz ötüşməyəcəyini də vurğulayıb: "Yanacağın qiymətinin təxminən 25 faiz artması başqa sahələrə də öz təsirini göstərəcək. Elə bir sahə yoxdur ki, orda yanacaqdan istifadə olunmasın. Başqa sahələrdə qiymət artmına mütləq təsir göstərəcək". Qeyd edək ki, Azərbaycan Respublikası Tarif Şurasının dünınki iclasında Aİ-95 benzinin pərakəndə satış qiyməti 1 litr üçün 80 qəpik, Aİ-92 və Aİ-80 markalı avtomobil benzininin pərakəndə satış qiyməti 1 litr üçün 70 qəpik, dizel yanacağının pərakəndə satış qiyməti 1 litr üçün 60 qəpik səviyyəsində müəyyən edilib, bəzi neft məhsullarının yeni topdansatış qiymətləri təsdiq olunub.