Mərkəzi Bankda Qazaxıstan Milli Bankının nümayəndələri üçün təcrübə mübadiləsi keçirilib

Noyabrın 29-da Bakıda Azərbaycan Mərkəzi Bankında (AMB) nağd pul sferasında Azərbaycan təcrübəsi ilə yaxından tanış olmaq məqsədi ilə Qazaxıstan Milli Bankının (QMB) nümayəndə heyəti üçün 25-29 noyabr 2013-cü il tarixlərində təcrübə mübadiləsi keçirilib. Qonaqları AMB-ın baş direktoru Aqşin Vəliyev qəbul edərək Mərkəzi Bankda həyata keçirilən "Nağd pul idarəetməsinin ən müasir standartlarının formalaşdırılması" Proqramı və bu çərçivədə qəbul olunmuş layihələr, nağd pul sferasında tətbiq olunacaq ən mütərəqqi sistem və texnologiyalar, onların bank sektoruna verəcəyi töhfələr barəsində məlumat verib. Təcrübə mübadiləsi zamanı AMB-ın əməkdaşları tərəfindən nağd pul tədavülünün təşkili və nağd pula tələbin proqnozlaşdırılması sahəsində Nağd Pul Blokunun fəaliyyəti və gələcək hədəfləri barədə ətraflı məlumat verilib. Bununla yanaşı "Pul nişanlarının inkişafı potensialının yaradılması", "Tam avtomatlaşdırılmış modern Nağd Pul Mərkəzinin (Cash Center) yaradılması", "Nağd pulun idarəedilməsi üzrə inteqrasiya olunmuş Cash Menecment İnformasiya Sisteminin (CMS) yaradılması", "Nağd pul idarəetməsinin yeni loqistika modelinin yaradılması" və "Pul nişanlarının ekspertizası üzrə beynəlxalq standartlara əsaslanan biznes proseslərin yaradılması" layihələri barəsində geniş təqdimatlar keçirilib. Həmçinin nağd pulun regional idarəetmə sistemləri, beynəlxalq standartlara uyğun yaradılmış regional infrastrukturla praktik tanışlıq məqsədilə QMB-ın əməkdaşları AMB-ın Yevlax Ehtiyat Mərkəzində səfərdə olublar. Nümayəndə heyəti AMB təcrübəsinin faydalı olduğunu vurğulamış, gələcəkdə də təcrübə mübadiləsinin davam etdirilməsi və müvafiq sahələrdə yardımın göstərilməsinə ümid etdiklərini bildiriblər. ("OLAYLAR" İA)

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31