“Günəşli” yatağında yeni quyu istismara verilib
29 Noyabr 2013 13:05 İqtisadiyyat"Günəşli" yatağındakı 6-cı özüldən 45 nömrəli quyu qazmadan sonra istismara verilib. Socar.az xəbər verir ki, "Neft Daşları" Dəniz Qazma İşləri İdarəsi tərəfindən Qirməki Altı Lay Dəstəsinə qazılan quyu 3761-3725 metr intervaldan sutkalıq 2 ton kondensat və 70000 kubmetr qaz hasilatı ilə istismar fonduna qəbul edilib. Qeyd edək ki, quyu "28 May" adına NQÇİ-nin sifarişi ilə qazılıb.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31