ARDNŞ-nin nümayəndərləri beynəlxalq tədbirdə iştirak ediblər
28 Noyabr 2013 16:28 İqtisadiyyatMoskva şəhərində "Kəşfiyyat, hasilat, emal-2013" beynəlxalq avadanlıq və innovasiya həllərinə dair Beynəlxalq Sərgi-forum keçirilib. Socar.az xəbər verir ki, ARDNŞ-nin Baş ofisinin Elm və texnika şöbəsinin rəisi N.Vəliyevin başçılıq etdiyi nümayəndə heyəti Rusiya Federasiyası Energetika Nazirliyinin dəvəti ilə forumda iştirak edib. Tədbirdə beynəlxalq neft-qaz, neft-kimya, neft emalı şirkətlərinin, elmi-texniki, analitik mərkəzlərinin ekspozisiyaları nümayiş olunub. Forumda RF-nin energetika nazirinin müavini Y.Sentyurin, Uzaq Şərq regionunun inkişafı üzrə nazir müavini D.Şelexov, Rusiya EA-nın Neft və qaz problemləri institutun direktoru, akademik A.Dmitrievski, Ticarət və Sənaye Palatasının vitse-prezidenti D.Kuroçkin, Neft-qaz Sənayeçiləri İttifaqının prezidenti G.Şmal və başqa dövlət qurumlarının nümayəndələri, "Şell", "Ekson", "Statoyl" və digər şirkətlərin Rusiya üzrə rəhbərləri məruzələrlə çıxış ediblər. ARDNŞ-nin I vitse-prezidenti X.Yusifzadənin "Azərbaycan neft-qaz yataqlarında müasir texnologiyaların tətbiqi" mövzusunda məruzəsi Forum iştirakçılarının diqqətinə təqdim olunub.