“Neft Daşları” yatağında yeni quyu qazılır
27 Noyabr 2013 16:09 İqtisadiyyatkompleks Qazma İşləri Trestinin "Neft Daşları" Dəniz Qazma İşləri İdarəsi tərəfindən "Neft Daşları" yatağındakı 2150 nömrəli meydançadan 2159 nömrəli quyunun qazma işlərinə başlanılıb. Socar.az xəbər verir ki, "Neft Daşları" NQÇİ-nin sifarişi ilə Qirməki Üstü Qumlu Lay Dəstəsinə qazılan quyunun layihə dərinliyi 1550 metrdir. Geoloqların hesablamalarına əsasən, quyudan sutkada 10 ton neft hasil olunacağı nəzərdə tutulur. OLAYLAR
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31