Göyçayda 85 nəfər "vergi dostu" seçildi

Noyabrın 27-də Göyçay şəhərində vergi sahəsində məlumatlandırma, maarifləndirmə və təbliğat işlərini gücləndirmək, vətəndaşlarda yüksək vergi mədəniyyətini formalaşdırmaq və bu işə ictimaiyyətin geniş təbəqələrini cəlb etmək məqsədilə Azərbaycan Respublikası Təhsil Nazirliyinin dəstəyi ilə seçilmiş Göyçay, Ağdaş və Zərdab rayonlarının ümumtəhsil məktəblərinin müəllimlərinə "vergi dostu" sertifikatı və kompüterlərin təqdim edilməsi ilə bağlı tədbir keçirilıb. Vergilər Nazirliyindən "Olaylar"a verilən məlumata görə, tədbiri giriş sözü ilə açan vergilər nazirinin müşaviri Ələkbər Məmmədov vergi ödəyicilərinə göstərilən xidmətlər və bu sahədə Vergilər Nazirliyi tərəfindən həyata keçirilən layihələr, "Azərbaycan 2020: gələcəyə baxış" İnkişaf Konsepsiyası və Konsepsiyada Vergilər Nazirliyinə aid nəzərdə tutulmuş tədbirlərin icrası məqsədilə qəbul olunmuş "2013-2020-ci illərdə vergi sisteminin İnkişaf Strategiyası" haqqında tədbir iştirakçılarına ətraflı məlumat verib. Sonra təlimi müvəffəqiyyətlə başa vurmuş 85 nəfər "vergi dostu"na üzvlük sertifikatı, "vergi dostu"nun yaddaş kitabçası və kompüterlər təqdim olunub, onlar əməkdaşlıq barədə öhdəlik vərəqələrini imzalayıblar. Beləliklə, respublika üzrə "vergi dost"larının ümumi sayı 1497 nəfərə çatıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31