Saxta endirim kampaniyalarına inanmayın!

Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti tərəfindən Bakı şəhəri, Nərimanov rayonu, Akademik Həsən Əliyev, ev 129A ünvanında fəaliyyət göstərən fiziki şəxs Babayev Bəxtiyar Ramiz oğluna məxsus çil-çıraq mağazasında aparılan yoxlama zamanı qeyri-dəqiq reklamdan istifadə edilməklə istehlakçıların aldadılması halları müəyyənləşdirilmişdir. Belə ki, mağazanın giriş hissəsində "2013-də şok 50% endirim" məzmunlu reklamlar yerləşdirilsə də, qiymət kağızlarında malların qiymətinə endirimin tətbiqi barədə heç bir məlumatın (qiymətin) qeyd olunmadığı, ümumiyyətlə, mağazada malların qiymətinə endirim tətbiq edilmədiyi  müəyyənləşdirilmişdir. Bundan başqa, qeyd olunan reklamların aidiyyəti strukturlardan icazə alınmadan yayımlandığı da aşkar olunmuşdur.

Bununla əlaqədar, Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti tərəfindən Bəxtiyar Babayev barəsində antiinhisar qanunvericiliyinin tələblərinin pozulması əlamətləri üzrə iş qaldırılmışdır. OLAYLAR

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31