“Günəşli” yatağında yeni quyu istismara verilib

"Günəşli" yatağındakı 14-cü özüldən 41 nömrəli quyu qazmadan sonra istismara verilib. "Olaylar" Socar.az saytına istinadən xəbər verir ki, "Neft Daşları" Dəniz Qazma İşləri İdarəsi tərəfindən Qirməki Altı Lay Dəstəsinə qazılan quyu 4001-3975 metr intervaldan sutkalıq 55 ton neft və 36000 kubmetr qaz hasilatı ilə istismar fonduna qəbul edilib. Qeyd edək ki, quyu "28 May" adına NQÇİ-nin sifarişi ilə qazılıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31