Mərkəzi Bank “Nağdsız hesablaşmalar: beynəlxalq və yerli təcrübə” mövzusunda təqdimat keçirib
22 Noyabr 2013 17:50 İqtisadiyyatAzərbaycan Respublikası Mərkəzi Bankının "Tədqiqatlar və inkişaf mərkəzi" və Azərbaycan Dövlət İqtisad Universitetinin "Bank işi" kafedrasının birgə təşkilatçılığı ilə Azərbaycan Dövlət İqtisad Universitetində müəllim, magistr və tələbə heyətinin iştirakı ilə "Nağdsız hesablaşmalar: beynəlxalq və yerli təcrübə" mövzusunda təqdimat keçirilmişdir. Bankın Ödəniş sistemləri və hesablaşmalar departamenti "Nağdsız hesablaşmalar: beynəlxalq və yerli təcrübə" adlı təqdimatla iştirakçılara ölkədə yaradılmış Milli Ödəniş Sistemi infrastrukturu, Mərkəzi Bank tərəfindən bu istiqamətdə həyata keçirilən ardıcıl islahatlar, ödəniş sistemlərinin iqtisadiyyatda rolu və nağdsız hesablaşmalar sahəsindəki digər məsələlər haqqında ətraflı məlumat vermişdir. Qeyd edək ki, Azərbaycan Dövlət İqtisad Universiteti ilə əməkdaşlıq çərçivəsində Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən ölkədə nağdsız hesablaşmaların genişləndirilməsi istiqamətində növbəti təqdimatların keçirilməsi nəzərdə tutulur. OLAYLAR