ARDNŞ-nin nümayəndəliyi “Rumıniya Neft və Qaz 2013” konfransında iştirak ediblər

Noyabrın 19-20-də Rumıniyanın paytaxtı Buxarest şəhərində Rumıniya Enerji Mərkəzi, Böyük Britanyanın Ticarət və İnvestisiya Fondu, Dünya Enerji Şurasının təşkilatçılığı və Chevron, Schlumberger, Weatherford şirkətlərinin maliyyə dəstəyi ilə "Rumıniya Neft və Qaz 2013" konfransı keçirilib. ARDNŞ-dan "Olaylar"a verilən məlumata görə, konfransda qurumun Rumıniya Nümayəndəliyinin rəhbəri Həmzə Kərimov çıxış edərək, şirkətin son illərdə həyata keçirdiyi iri həcmli investisiya layihələri və bu layihələrin Avropanın enerji təhlükəsizliyinin təmin edilməsində rolu haqqında iştirakçılara ətraflı məlumat verib. Qeyd olunub ki, enerji sahəsində əməkdaşlıq xalqlar arasında uzunmüddətli münasibətlərin yaranmasına da xidmət edəcəkdir. Konfrans iştirakçılarına TAP, TANAP, BTC, BTƏ layihələri haqqında da ətraflı məlumat verilib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31