"Azərikimya" İstehsalat Birliyində işə qəbul olunmuş gənclərlə görüş keçirilib
21 Noyabr 2013 16:26 İqtisadiyyatARDNŞ-nin Sumqayıt Təlim Tədris Mərkəzini bitirərək "Azərikimya" İstehsalat Birliyinin idarə və müəssisələrində əmək fəaliyyətinə başlayan gənclərlə görüş keçirilib. Socar.az xəbər verir ki, birlik və müəssisə rəhbərlərinin, sex və istehsalat rəislərinin iştirak etdiyi tədbirdə gənclər ixtisaslı fəhlə kadrlar kimi əmək fəaliyyətinə başladıqları 3 ay ərzində onlara göstərilən diqqət və qayğıdan, yaradılmış normal iş şəraitindən danışmış, qısa müddət ərzində özlərini kimyaçılar ailəsinin bərabərhüquqlu üzvləri hiss etdiklərini vurğulayıblar. Qeyd edək ki, bu il Sumqayıt Təlim Tədris Mərkəzini elektrik qaz qaynaqçısı, kompressor qurğusu maşinisti, aparatçı, təmirçi-çilingər, elektrik avadanlıqlarının təmiri və xidməti üzrə elektrik montyoru, nəzarət-ölçü cihazları və avtomatika üzrə çilingər ixtisasları üzrə 100 nəfər gənc bitirib. Hazırda onlar müxtəlif istehsalat sahələrində uğurla çalışırlar. Görüşdə gəncləri maraqlandıran bir sıra suallar cavablandırılıb.