“AtaHoldinq” 10 yaşını qeyd edəcək

"AtaHoldinq" Açıq Tipli Səhmdar Cəmiyyətinin fəaliyyətə başlamasının 10 illik yubileyi qeyd olunacaq. Şirkətdən "OLAYLAR"-a daxil olan məlumata görə, yubiley tədbiri noyabrın 30-u tarixində Heydər Əliyev Mərkəzində baş tutacaq. Hökumət rəsmiləri, millət vəkilləri, iş adamları və kütləvi informasiya vasitələri rəhbərlərinin rəhbərlərinin iştirak etdiyi yubiley tədbirində "AtaHoldinq" ASC-nin 10 illik fəaliyyətinə nəzər salınacaq, şirkətin 10 il ərzində gördüyü işlər, həyata keçirdiyi layihələrdən söhbət açılacaq.

Qeyd edək ki, "AtaHoldinq" Açıq Tipli Səhmdar Cəmiyyəti 2003-cü ildən fəaliyyət göstərir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31