Yeni Regional İnkişaf Proqramı hazırlanır

Azərbaycanda üçüncü Regional İnkişaf Proqramı hazırlanır. Bu barədə məlumat verən iqtisadiyyat və sənaye nazirinin müavini Sevinc Həsənovanın sözlərinə görə, artıq proqram üzərində iş başa çatmaq üzrədir. Yeni regional proqramda əsasən kənd rayonlarının və kəndlərin inkişafı nəzərdə tutulur. Xatırladaq ki, ikinci regional inkişaf proqramı çərçivəsində ölkə üzrə 623 məktəb, 112 uşaq baxçası, 129 tibb müəssisəsi, 182 mədəniyyət, 157 idman obyekti tikilərək istifadəyə verilib. Həmçinin 112 körpü və tunel, 54 su anbarı inşaa edilib. Bandan başqa, 443 yeni iş yeri açılıb ki, onun 336-sı daimi iş yerləridir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31