Vergilər Nazirliyinin xətti ilə büdcəyə 5 milyard 768 milyon 165,6 min manat vəsait daxil olub
15 Noyabr 2013 12:27 İqtisadiyyat2013-cü ilin yanvar-oktyabr aylarında Vergilər Nazirliyinin xətti ilə dövlət büdcəsinə vergi daxilolmalarının həcmi 5 milyard 768 milyon 165,6 min manat təşkil etmişdir. Bu məbləğin 39,3 faizi mənfəət vergisinin, 24 faizi əlavə dəyər vergisinin, 11,7 faizi fiziki şəxslərin gəlir vergisinin, 7,4 faizi aksizlərin, 17,6 faizi isə digər vergilərin payına düşür. Qeyri-neft-qaz sektoru üzrə büdcəyə 3 milyard 88 milyon 887,6 min manat vəsait daxil olmuşdur. Yanvar-oktyabr aylarında respublika üzrə 59 min 837 vergi ödəyicisi, o cümlədən elektron qaydada 29 min 777 (49,8 faiz) vergi ödəyicisi qeydiyyata alınmışdır. 1 noyabr 2013-cü il tarixə qeydiyyatda olan vergi ödəyicilərinin ümumi sayı 529 min 313 təşkil edir ki, bu da 1 noyabr 2012-ci il tarixə qeydiyyatda olan vergi ödəyicilərinin sayından 12,1 faiz çoxdur.
2013-cü ilin yanvar-oktyabr ayları ərzində respublika üzrə elektron formada göndərilmiş bəyannamələrin xüsusi çəkisi 90,4 faiz təşkil etmişdir. OLAYLAR