Ermənistana idxal edilən mallara qoyulan gömrük vergisi 3 dəfə artırılacaq
15 Noyabr 2013 12:12 İqtisadiyyatErmənistanın keçmiş baş naziri Qrant Baqratiyan yerli mətbuata açıqlamasında bildirib ki, ölkəsi Gömrük İttifaqına qoşulacağı təqdirdə gömrük vergiləri 3 dəfə artacaq. Baqratiyan qeyd edib ki, GB-ya üzvlük Avropa ilə müqayisədə Ermənistana idxal edilən mallara 3 qat gömrük vergisi tətbiq ediləcək: "Ermənistan hakimiyyətinin bunun qarşısını almağa gücü çatmayacaq. 2014-cü ilin dövlət büdcəsi təsdiq olunarsa, GB faktorunu da nəzərə almaq lazımdır". Qeyd edək ki, Ermənistanın dövlət büdcəsi 2.5 milyard dollardır. Göstərilən rəqəm Azərbaycanın dövlət büdcəsindən 6 dəfə aşağıdır ("OLAYLAR İA")
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31