Galaxy S3 çökdü

Android 4.3 yeniləməsini Galaxy S3 telefonlarına yükləyən istifadəçilər internetdə yaşadıqları çətinliklərdən şikayət edib. Onların sözlərinə görə, tətbiqlər birdən-birə bağlanır, kabelsiz şəbəkəyə qoşulanlar isə internetdə yaranan kəsilmələrdən beziblər. İstifadəçilər üsyan edir! Batareyası daha tez tükənməyə başlayan Galaxy S3-də yaranan problemin çarəsi tapılıb. Google həmin telefonlardan Android 4.3 yeniləməsini geri almağı düşünür.
İstifadəçilər bir müddət həmin sistemdən faydalana bilməyəcək. Problemlər həll olduqdan sonra tətbiq yenidən telefonlara köçürələcək.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31