ARDNŞ: Nə idarə ləğv olunub, nə də idarə müdiri işdən çıxarılıb

"Azərbaycan Dövlət Neft Şirkətinin Sosial İnkişaf İdarəsinin rəisi Qasım İbrahimov işindən azad olunmayıb". Bunu ARDNŞ-ın ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Nizaməddin Quliyev bildirib.  Şöbə müdiri Sosial İnkişaf İdarəsinin ləğv edilməsi məsələsinə də aydınlıq gətirib: "İdarə ləğv olunmayıb. Deyilənlər yalandan başqa bir şey deyil".
Qeyd edək ki, bəzi KİV-də yayılan məlumatda qeyd olunur ki, Sosial İnkişaf İdarəsinin rəisi Q. İbrahimov vəzifəsindən azad olunub və həmin idarə ümumiyyətlə ləğv edilib.lent.az
 

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31