2014-cü ildə yaşayış minimu 125, ehtiyac meyarı isə 100 manat olacaq
14 Noyabr 2013 16:49 İqtisadiyyatMilli Məşlisdə "Yaşayış minimumu haqqında" qanun layihəsi müzakirə edilib. Layihə barədə məlumat verən istiqsadi siyasət komitəsinin sədri Ziya Səmədzadə deyib ki, 2014-cü il üçün yaşayış minumumu 125 manat nəzərdə tutulub. O, əlavə edib ki, son 3 ildə bu istiqamətdə artıma dinamika hiss edilir: "Bu sosial sistemin yaxşılamasına xidmət edir".
"2014-cü il üçün Ehtiyac meyarı haqqında" qanun layihəsi barədə sosial siyasət komitəsinin sədri Hadı Rəcəbli deyib ki, bu qanun ünvanlı sosial yardım üçün nəzərdə tutulur: "Əlbəttə ki, bu sosial müdafiəni xeylu gücləndirir. 2014-cü il üçün ehtiyac meyarı 100 manat nəzərdə tutulur. Ötən il bu rəqəm 35 manat idi".
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31