Gələn ildən qadınların pensiya yaşı dəyişəcək
14 Noyabr 2013 16:49 İqtisadiyyatPensiyaya çıxma yaşı 1 yanvar 2014-cü ildən kişilər üçün 63, qadınlar üçün 59 yaş yarım (59,5) olacaq. Bu barədə Dövlət Sosial Müdafiə Fondunun sədr müavini Elman Mehdiyev məlumat verib. Onun sözlərinə görə, pensiya hüququ qazanmaq üçün tələb olunan sosial sığorta stajı və məcburi dövlət sosial sığorta haqqının dərəcələri dəyişməyəcək. Pensiyaçıların orta illik sayı 1270,8 min nəfər götürüləcək. Bu cari ilin göstəricisindən 1100 nəfər azdır. O cumlədən yaşa görə pensiyaçıların sayı 788,2 min nəfər, əlilliyə görə pensiya alanların sayının 348,4 min nəfər, ailə başçısını itirməyə görə pensiyaçıların sayının isə 134,2 min nəfər olacağı proqnozlaşdırılır.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31