"Apple"a şok
İtaliaya hökuməti şirkətin 1 milyard avro vergidən yayındığını iddia edib
14 Noyabr 2013 18:44 İqtisadiyyatABŞ-ın texnologiya nəhəngi "Apple"ə yeni ittihamla üz üzədir Türkiyə mətbuatının verdiyi məlumata görə, italiyanlar şirkətin 1 milyard avro vergidən yayındığını iddia edib. Bu ittiham üzrə şirkət barəsində araşdırmaya başlanılıb.
Milan hakimlərinin iddiasına görə, "Apple" 2010-cu ildə 206, 2011-ci ildə 853 milyon avro haqqında bəyanamə verməyib.
"L'Espresso" jurnalının məlumatına görə, şirkət İtaliyada əldə etdiyi qazancın bir qismini İrlandiyadası "Apple Sales International"a köçürüb.
"Apple" isə bu iddiaları əsassız adlandırıb. ""Apple" vergi borcunu son dollarına qədər ödəyir və bu hökumətlərə tərəfindən bütün dünyada yoxlanılır. İtaliya hökuməti tərəfindəndə bunun yoxlanmasına dair sənədlərimiz var. araşdırmada da bunun bəlli olacağına şübhəmiz yoxdur". ans