Sosialyönümlü xərclər artacaq
13 Noyabr 2013 16:18 İqtisadiyyat"Ölkəmizin qazandığı uğurlar gələn ilin dövlət büdcəsində də öz əksini tapır. 2014-cü ildə dövlət büdcəsinin gəlirləri 18 milyard. 384 milyon. manat, xərcləri isə 20 milyard. 63 milyon. manat həcmində proqnozlaşdırılır". "OLAYLAR"-ın xəbərinə görə, bu fikirləri yap.org.az saytına Milli Məclisin sosial siyasət komitəsinin sədri, YAP Siyasi Şurasının üzvü Hadı Rəcəbli səsləndirib. Bildirib ki, 2014-cü il üçün sosialyönümlü xərclər dövlət büdcəsi xərclərinin 5,337 milyard. manat həcmində proqnozlaşdırılır: "Bu da 2013-cü il proqnozuna nisbətən 5,9 faiz və ya 299 milyon manat, 2012-ci ilin icra göstəricisinə nisbətən 597 milyon. manat çoxdur. Diqqət çəkən digər məqam ondan ibarətdir ki, 2014-cü ildə qeyri-neft sektoru üzrə daxilolmaların dövlət büdcəsi gəlirlərinin tərkibində xüsusi çəkisi cari ilin proqnozu ilə müqayisədə 7 faiz artacaq".