Duru yağlarda kənar maddələr aşkar olunmayıb
13 Noyabr 2013 15:57 İqtisadiyyatAzad İstehlakçılar Birliyi (AİB) Azərbaycanın satış bazarında istehlakçılara təqdim olunan 16 növ duru qarğıdalı yağı ilə bağlı ekpertiza keçirib. AİB-nin sədri Eyyub Hüseynov bildirib ki, bu araşdırma istehlakçıların daxil olan çoxsaylı zəngləri əsasında aparılıb. Eyyub Hüseynov qeyd edib ki, istehlakçılar qarğıdalının quru məhsul olması, ondan yağ alına bilməsinin bəzən şübhə doğurduğunu bildiriblər.
Bütün bu şübhələrə son qoymaq üçün AİB mütəxəssisləri qarğıdalı yağına məxsus olan yağ turşularının çeşidini, mövcud standartlara görə yağda onun miqdarını müəyyən edib və satış bazarlarından alınmış yağlar yalnız AİB-in sədri Eyyub Hüseynov tərəfindən koslaşdırılaraq eyni şüşə qablara boşaldılaraq ekspertizaya verilib. Ekspertizada AİB-in mütəxəssisləri bilavasitə iştirak edib, nəticələrin ədalətli, qərəzsiz olması üçün bütün imkanlardan istifadə olunub. Eyyub Hüseynov diqqətə çatdırıb ki, bu cür ekspertiza ölkə tarixində ilk dəfə olaraq həyata keçirilib.
Qeyd edək ki, ekspertizanın nəticələrinə əsasən ekspertiza aparılan yağların arasında kənar bitki və digər bitki yağları müşahidə olunmayıb.
Eyyub Hüseynov bildirib ki, ekspertizanın nəticələrinə əsasən tam şəkildə standartlara uyğun yağ kimi "Royal" yağları müəyyən edilib. ("OLAYLAR" İA).