Komitə sədri əmək haqlarının artım səviyyəsindən narazıdır

"Baxmayaraq ki, büdcə gəlirləri 770 milyon manat azalıb, lakin sosial sferada bütün sahələrə ayrılan vəsaitin həcmi artıb". Bunu deyən millət vəkili, Milli Məclisin iqtisadi siyasət komitəsinin sədri Ziyad Səmədzadənin sözlərinə görə, hazırda Azərbaycanın büdcəsi Gürcüstandan 5, Ermənistandan isə 6 dəfə çoxdur. Bu isə o deməkdir ki, Azərbaycanın dövlət büdcəsi Cənubi Qafqaz ölkələrinin büdcəsinin 80 faizini təşkil edir. Komitə sədrinin sözlərinə görə, dövlət büdcəsindən bəzi sahələrdə çalışanların əmək haqlarının artırılmasına yönəldilən vəsaiti daha da artırmaq mümkündür. Bunu üçün dövlət büdcəsində kifayət qədər vəsait var. "OLAYLAR"İA.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31