Muzdlu işçilərin əmək haqqı 6,9 faiz artıb

2013-cü il oktyabrın 1-i vəziyyətinə ölkə iqtisadiyyatında muzdla çalışan işçilərin sayı 1501,7 min nəfər olub ki, onlardan 898,4 min nəfəri iqtisadiyyatın dövlət bölməsində, 603,3 min nəfəri isə qeyri-dövlət bölməsində fəaliyyət göstərib. Statistika Komitəsindən "OLAYLAR"a verilən məlumata görə, muzdla işləyənlərin 22,4 faizi təhsildə, 18,7 faizi ticarət, nəqliyyat vasitələrinin təmiri sahəsində, 12,7 faizi sənayedə, 8,7 faizi əhaliyə səhiyyə və sosial xidmətlərin göstərilməsində, 7,3 faizi tikintidə, 4,9 faizi nəqliyyat və anbar təsərrüfatında, 3,5 faizi peşə, elmi və texniki fəaliyyət sahəsində, 2,9 faizi kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq sahəsində, 1,7 faizi informasiya və rabitə sahəsində və 17,2 faizi iqtisadiyyatın digər sahələrində məşğul olub.
2013-cü ilin yanvar-sentyabr aylarında ölkə iqtisadiyyatında muzdla çalışan işçilərin orta aylıq nominal əmək haqqı 415,0 manat təşkil edib ki, bu da keçən ilin müvafiq dövrünə nisbətən 6,9 faiz artıqdır.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31