ARDNŞ Gürcüstanda irimiqyaslı xeyriyyə aksiyasına başladı
7 Noyabr 2013 16:31 İqtisadiyyatARDNŞ (Azərbaycan Respublikası Dövlət Neft Şirkəti) Gürcüstanın bütün dini konfessiya strukturlarına məxsus obyektləri qazla pulsuz təmin etməyə başlayıb.
Gürcüstanın bütün ərazisində 200-dən çox kilsə, monastır, məscid və sinaqoq il ərzində pulsuz qaz alacaq. ARDNŞ bu xeyriyyə aksiyasının reallaşdırılmasına bir milyon laridən artıq vəsait xərcləyəcək.
Bu aksiyaya qədər Gürcüstan patriarxı II İlya və ARDNŞ-nin prezidenti Rövnəq Abdullayev qarşılıqlı anlaşma haqqında memorandum imzalayıblar.trend.az
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31