Nəqliyyatda sərnişindaşıma bahalaşıb, yükdaşıma isə ucuzlaşıb

2013-cü ilin oktyabr ayında əvvəlki ayla müqayisədə nəqliyyat sektorunda sərnişindaşıma tarifləri 0,1 faiz bahalaşıb, yükdaşıma tarifləri 3,4 faiz ucuzlaşıb. Statistika Komitəsindən "Olaylar"a verilən məlumata görə, dəmir yolu nəqliyyatında 10 ton yükün 1 km məsafəyə daşınmasının orta tarifi yerli əlaqə üzrə 2,4 faiz ucuzlaşıb, tranzit üzrə 4,0 faiz, ixrac və idxal üzrə isə 0,2 faiz bahalaşmışıb. Dəmir yolu nəqliyyatında MDB ölkələrinə sərnişindaşıma tarifləri 6,4 faiz ucuzlaşıb. Hava nəqliyyatında MDB ölkələrinə və digər xarici ölkələrə sərnişindaşıma tarifləri müvafiq olaraq 0,2 və 2,2 faiz bahalaşıb. Ay ərzində dəniz nəqliyyatında sərnişindaşıma tarifləri üzrə 5,5 faiz ucuzlaşma müşahidə edilib. Boru kəməri vasitəsilə neftin nəql olunma tarifi 6,4 faiz ucuzlaşıb.


 

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31