Diplomatlarımızın pensiyası artırıla bilər
6 Noyabr 2013 16:10 İqtisadiyyat"Xaricdə fəaliyyət göstərən diplomatik korpuslarda çalışanların pensiyaları ilə bağlı məsələyə baxılır. Hazırda Xarici İşlər Nazirliyi ilə bu məsələ ətrafında müzakirələr gedir". Bunu deyən maliyyə naziri Samir Şərifovun sözlərinə görə, xaricdə çalışan diplomatik nümayəndələrin pensiya təminatının yaxşılaşdırılması gündəmdədir. "Bu, bizə imkan verəcək ki, diplomatların sosial təminatı daha da yaxşılaşdırılsın". S. Şərifov XİN-də çalışanların əmək haqlarının qaldırılması məsələsinə toxunaraq bildirib ki, onlara lazımi şərait yaradılır və vəsait ayrılır.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31