Maliyyə nazirindən etiraf:

“Kommunal xidmət haqlarının artması maddi imkanları o qədər böyük olmayan əhaliyə təsir edə bilər”

"Vaxtaşırı tariflərin artırılması baş verir. Bununla bağlı fövqəladə hal yaranmır. Misal gətirmək istəyirəm ki, Azərbaycanda son dəfə 2007-ci ildə elektrik enerjisinin tarifi artırılıb. Yəni artıq bundan 7 il keçib. Ondan sonra tariflər artırılmayıb. Elektrik enerjisindən savayı, digər kommunal sahələr üzrə tariflər artmayıb". Bunu deyən maliyyə naziri Samir Şərifovun sözlərinə görə, 2007-ci ildən bəri əməkhaqları 2,6 dəfə artıb: "Pensiyaların baza məbləği də 2,5 dəfə artıb. 2007-ci ildən başlayraq 7 dəfə minumum əməkhaqqının artırılması üçün qərar verilib. Bu sadəcə statistikadır. Ona görə də mən burada nəsə deyəndə o demək deyil ki, tariflər artırılacaq. Mən yeganə bir söz demişəm ki, tariflərin artırılmasına fövqəl hal kimi baxmaq olmaz. Bir tərəfdən də maddi imkanları o qədər böyük olmayan əhaliyə bu təsir edə bilər. Əvvəllər hər bir tarifin artırılmasında dövlət tərəfindən maddi imkanları az olan əhaliyə yardımlar göstərilirdi". Nazir bildirib ki, elə varlı adamlar var ki, kommunal tarifdən onlar da istifadə edirlər, halbuki, onların imkanı daha çox tarif ödəməyə çatır:

"Yəni onlar da imkansız adamlar kimi aşağı tariflərdən bəhrələnirlər".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31