Ərzaq məhsulları 1,2, qeyri-ərzaq malları isə 0,4 faiz bahalaşıb

2013-cü ilin oktyabr ayında ərzaq məhsullarının qiymətlərinin 1,2 faiz, qeyri-ərzaq mallarının qiymətlərinin 0,4 faiz, əhaliyə göstərilən pullu xidmətlərin qiymət və tariflərinin isə 0,2 faiz bahalaşma baş verib. Statistika Komitəsindən "Olaylar"a verilən məlumata görə, ay ərzində mal ətinin, qarabaşaq yarmasının, almanın, heyvanın, narın, limonun, naringinin, qozun, şabalıdın, kələmin, çuğundurun, kökün, balqabağın, şəkər və şəkər tozunun qiymətlərində ucuzlaşma, unun, düyünün, makaronun, qoyun və toyuq ətinin, kolbasa məmulatlarının, süd və süd məhsullarının, yumurtanın, kərə yağının, xiyarın, pomidorun, kartofun, soğanın, sarımsağın qiymətlərində isə bahalaşma müşahidə olunub. Oktyabr ayında qeyri-ərzaq mallarından parçaların, alət və avadanlıqların, minik avtomobilləri üçün ehtiyat hissələrinin qiymətlərində ucuzlaşma, geyim və ayaqqabıların, xalça və digər döşəmə örtüklərinin, mebel və ev əşyalarının, məişət cihazlarının, inşaat materiallarının, zərgərlik məmulatlarının qiymətlərində isə bahalaşma müşahidə olunub.
 

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31