Faydalı qazıntı yataqlarının kəşfçilərinə 550 manatadək mükafat veriləcək
Faydalı qazıntı yataqlarının kəşfçilərinin mükafatlandırılması qaydası dəyişib
26 İyul 2021 21:26 İqtisadiyyatFaydalı qazıntı yataqlarının kəşfçilərinin mükafatlandırılması qaydası dəyişib.
Nazirlər Kabineti bununla bağlı "Faydalı qazıntı yataqlarının kəşfçilərinin mükafatlandırılması Qaydalarının təsdiq edilməsi haqqında" qərara dəyişiklik edib.
Dəyişikliyə əsasən, bir nəfərə verilən pul mükafatının miqdarı 550 manatdan çox ola bilməyəcək.
Əvvəl bu məbləğ Azərbaycan Respublikası üzrə müəyyən edilmiş minimum əmək haqqının 500 mislindən çox ola bilməzdi.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31