“YAŞAT” Fondu məişət şəraitinin yaxşılaşdırılması istiqaməti üzrə işləri davam etdirir - VİDEO

Fond bu dəfə şəhid Zeynallı Elşad Elman oğlunun ailəsinin Lənkəranda yerləşən evinin təmirini həyata keçirəcək

"YAŞAT" Fondu məişət şəraitinin yaxşılaşdırılması istiqaməti üzrə işləri davam etdirir.

Fond bu dəfə şəhid Zeynallı Elşad Elman oğlunun ailəsinin Lənkəranda yerləşən evinin təmirini həyata keçirəcək.

Şəhidin atası bildirir ki, Vətən Müharibəsi başlayan zaman cəbhəyə yollanan Elşad ailəsi ilə 4 dəfə əlaqə saxlaya bilib. Şəhidin atasının sözlərinə görə, oktyabrın 5-i oğlunun şəhid xəbəri gəlib. Vətən yolunda oğlunu qurban verən Elman Zeynalov vurğulayıb ki, müharibə itkisiz olmur. 

“Caliber” almanların Qarabağda törətdiyi ekoloji cinayətlər barədə - VİDEO

Şəhid atası həmçinin evinin təmirini həyata keçirən "YAŞAT" Fonduna öz təşəkkürünü bildirib.

Bundan əlavə şəhid Seyfullazadə Kamran Cəlal oğlunun anası Ruqiyyə Seyfullayeva şəhid oğlunun evinin təmir edildiyi üçün Fonda minnətdarlıq edib: "Vətən üçün böyütdüyüm vətənə nəsib oldu".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31