Deputat: “İnsanları bu problemdən qurtarmaq lazımdır”

"Dollarla verilən kredit problemi hələ də həllini tapmayıb". Bunu deyən millət vəkili Vahid Əhmədov qeyd edib ki, dollarla kredit məsələsi çox ciddi problem olaraq qalmaqdadır: "Artıq insanlar bu problemdən beziblər. Bu məsələ birdəfəlik həll olunmalıdır. Bununla bağlı dəfələrlə biz müvafiq orqanlarla danışıqlar aparmışıq. Artıq Mərkəzi Bank, ya da hökumət məsələni həll etməlidir. İnsanları bu problemdən qurtarmaq lazımdır".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31