Millət vəkili maliyyə aministisiyası təklif edib

"Azərbaycanda maliyyə amnistiyası elan olunmalıdır". Bunu deyən millət vəkili Fəzail Ağamalının sözlərinə görə, cinayət yolu ilə əldə edilmiş pullar istisna olmaqla, digər hallarla bağlı maliyyə amnistiyasının tətbiqinə ehtiyac var: "Maliyyə amnistiyası Azərbaycana maliyyə axınını təmin edə bilər. Bu isə iqtisadi inkişafı daha da gücləndirə, yerli istehsalı genişləndirə bilər". Birinci vitse-spikeri Ziyafət Əsgərov öz növbəsində millət vəkilinin təklifə münasibət bildirib: "Təklif edirsiniz ki, cinayət yolu ilə əldə edilmiş pullar istisna olmaqla, maliyyə amnistiyası olsun. Cinayət yolu ilə əldə edilmiş pullardan başqa, nəyin maliyyə amnistiyasına ehtiyac var ki?"

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31