Bank sektorunda istahatlar təklifi hazırlanır
2 Mart 2016 14:38 İqtisadiyyat"Azərbaycan Banklar Assosiasiyası bank sektorunda islahatlarla bağlı təkliflər hazırlayıb. Bu təkliflərlə bağlı Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsi ilə Banklar Assosiasiyası arasında görüş keçiriləcək". "Olaylar" xəbər verir ki, bu sözləri Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Ziyad Səmədzadə deyib. O qeyd edib ki, görüşdə bankların fəaliyyətinin səmərəliliyinin artırılması, bankların real sektora daha çox kredit ayırması, yüksək kredit faizlərinin aşağı salınması yolları müzakirə ediləcək.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31