“Cənub” Qaz Dəhlizi”Avropa ölkələri üçün strateji əhəmiyyətə malikdir
1 Mart 2016 19:04 İqtisadiyyatDünyada baş verən iqtisadi kataklizm şəraitində Bakı yenə də bütün dünyanın diqqətini özünə cəlb etməyi bacardı. Belə ki, Bakıda "Cənub Qaz Dəhlizi" Məşvərət Şurası çərçivəsində nazirlərin ikinci toplantısı keçirilirdi. İclasda ötən bir il ərzində əldə edilən nailiyyətlər, qarşıda diran vəzifələr müzakirə edilib. Layihəyə qoşulan dövlətlər üzərlərinə düşən vəzifənin əhəmiyyətini dərk edərək görəcəkləri işləri bir daha təsdiqləyiblər. Elə bu səbədən əksər ekspertlər "Cənub" Qaz Dəhlizi" Məşrəvət Şurasının ikinci iclasının əhəmiyyətini yüksək qiymətləndirirlər. Məlumat üçün qeyd edək ki, Məşvərət Şurasının birinci toplantısı da bir il bundan əvvəl Bakıda keçirilmişdi. Əksər ekspertlər belə qənaətdədirlər ki, ötən bir il ərzində sözügedən layihənin həyata keçirilməsi istiqamətində uğurlu addımlar atılıb. Məhz bu kimi səbələrdən "Cənub" Qaz Dəhlizi" Məşrəvət Şurasının ikinci toplantısının uğurlu nəticələnəcəyi şübhə doğurmur. İqtisadçı ekspert Vüqar Bayramov hesab edir ki, "Cənub Qaz Dəhlizi" Azərbaycanın reallaşdırdığı ən sanballı transmilli layihələrdən biridir: "Bu dəhliz vasitəsilə Şahdəniz Mərhələ 2 çərçivəsində hasil edilən qaz 3500 kilometr məsafə qət edərək Xəzər dənizindən Avropaya nəql ediləcək. Layihənin reallaşdırılması Azərbaycana tək iqtisadi dividentlər deyil həm də çox ciddi siyasi dvidentlər verəcəkdir. Bu gün Avropa öz enerji təchizatı mənbəələrini çaxələndirmək yolunda mümkün ola bilən hər addımı atmağa hazırdır. Son bir neçə ildə dünya siyasət meydanında baş verən olaylar Avropaya Rusiya qazından asılılığın nə demək olduğunu göstərdi. Bu səbəbdən də bu gün Avropa bu asılılıqdan qurtarmaq üçün kordinal addımlar atmaq məcburiyyətindədir. Azərbaycan qazının Avropa bazarlarına çıxarılması və bununla da Azərbaycanın Avropanın enerji təchizatındakı rolunun artması, Avropa siyasi meydanında ölkəmizin daha ciddi dividentlərə yiyələnməsi deməkdir. Qarabağ kimi bir problemi olan Azərbaycana siyasi dvidentlər hava, su kimi lazımdır. Digər tərəfdən qaz ixracı hesabına ölkəmizə axacaq mıhkəm valyuta iqtisadiyyatımızın real sektorunu daha böyük sürətlə inkişaf etdirməyə imkan verəcəkdir. Düşünürəm ki, güclü iqtisadiyyatı olan ölkə ilə hər kəs hesablaşmağa borcludur. Azərbaycanın iqtisadi qüdrəti artdıqca bir tərəfdən Qarabağ probleminin həlli sürətlənəcək, digər tərəfdən isə ölkə əhalisinin sosial durumu Avropa standartlarına yaxınlaşacaqdır. Bu səbəbdən də "Cənub Qaz Dəhlizi" vasitəsilə satılacaq qazın Azərbaycana gətirəcəyi valyuta gəlirlərinin əhəmiyyəti böyük olacaq". Yeri gəlmişkn qeyd edək ki, "Cənub Qaz Dəhlizi" təkcə region ölkələri üçün yox, eyni zamanda Avropa ölkələri üçün çox mühüm və strateji layihədir. Xatırladaq ki, əsrin ən mühüm enerji layihələrindən hesab olunan "Cənub Qaz Dəhlizi" nin reallaşdırılması istiqamətində xeyli işlər görülüb. Buna səbəb Avropa dövlətlərinin sözügedən layihənin əhəmiyyətini dərk etməsidir. Hələ 2000-ci illərin əvvəllərindən başlayaraq Azərbaycanın böyük qaz ehtiyatlarının hasilatı və Avropa istehlakçılarına çatdırılması ilə bağlı müxtəlif təşəbbüs və layihələr irəli sürülmüş, lakin bunların praktiki nəticəsi olmamışdır. Lakin Azərbaycan bu sahədə də liderliyi öz üzərinə götürmüş və "Cənub Qaz Dəhlizi" layihəsinin reallaşdırılması ilə bağlı zəruri tədbirlərin həyata keçirilməsinə başlanmışdır. 2011-ci ildə Azərbaycan ilə Avropa İttifaqı arasında "Cənub Qaz Dəhlizi" ilə bağlı birgə bəyannamə, 2012-ci ildə Türkiyə ilə TANAP-a dair saziş imzalanmış, 2013-cü ildə TAP layihəsi əsas ixrac marşrutu kimi seçilmiş, 2013-cü il dekabrın 17-də "Şahdəniz-2" layihəsinə dair yekun investisiya qərarı qəbul edilmiş və 2014-cü ildə "Cənub Qaz Dəhlizi" nin təməlqoyma mərasimi keçirilmişdir. İndi isə "Cənub Qaz Dəhlizi" Məşrəvət şurasının hər iki toplantısının Bakıda keçirilməsi Azərbaycanın bu layihənin reallaşmasında həlledici rolunun təsdiqi ilə yanaşı, ölkəmizin regional və qlobal miqyasda ciddi iqtisadi-siyasi tərəfdaş kimi qazandığı böyük nüfuzun növbəti təzahürüdür. Bu isə o deməkdir ki, Azərbaycan dövlətinin həyata keçirdiyi uğurli siyasət dünya dövlətləri tərəfindən qəbul edilir. Çünki Azərbaycan artıq inkişaf etmiş ölkəlr sırasında öz layiqli yerinə sahib olub. "Cənub Qaz Dəhlizi"nin reallaşdırılmasında həlledici rol oynayan Azərbaycan həm də bu layihə ilə Avropaya inteqrasiya kursunu nümayiş etdirir. Avropalı tərəfdaşların isə bütün bunları dəyərləndirməsi olduqca vacibdir.
Alim