AYİB Azərbaycana dollarla ayırdığı kreditləri manata konvertasiya edəcək
29 Fevral 2016 17:17 İqtisadiyyat"Hazırda Azərbaycanda özəl sektor o qədər də asan olmayan dövrünü yaşayır. Biz öz yerli tərəfdaşlarımıza yardım etmək niyyətindəyik ki, onlar bu dövrdən daha az zərərlə çıxsınlar". "APA-Economics" xəbər verir ki, bu barədə Avropa Yenidənqurma və İnkişaf Bankı (AYİB) Bakı ofisinin rəhbəri Nil Makkeyn deyib. Onun sözlərinə görə, AYİB Azərbaycandakı tərəfdaşlarına dollarda ayırdığı kreditləri manata konvertasiya etməyi planlaşdırır: "Bu, bütün müştərilərimizə aid olmayacaq. Çünki ixracla məşğul olan bəzi müştərilərimizə dollar kütləsi daha çox lazımdır. Konvertasiya yalnız buna ehtiyacı olan müştərilərə aiddir". N. Makkeyn deyib ki, martın 1-də AYİB-in nümayəndə heyəti Azərbaycana rəsmi səfərə gələcək və səfər çərçivəsində manatla istiqrazların buraxılması müzakirə olunacaq. Bununla yanaşı, mövcud kreditlərin likvidlyi də müzakirə predmeti olacaq.