2006-cı ildən Azərbaycanda əsas kapitala 121 mlrd. manat həcmində investisiya yönəldilib
25 Fevral 2016 12:44 İqtisadiyyat2006-cı ildən etibarən Azərbaycanda əsas kapitala 120,9 mlrd. manat həcmində investisiya yönəldilib. "APA-Economics" xəbər verir ki, 2015-ci ildə əsas kapitala yönəldilmiş vəsaitin həcmi 2005-ci ildəkindən 2,8 dəfə çox olub. 2015-ci il ərzində iqtisadiyyatın və sosial sahələrin inkişafına bütün maliyyə mənbələri hesabına 16 mlrd. manat əsas kapitala investisiya yönəldilib. Əsas kapitala yönəldilmiş ümumi sərmayələrin 44,9%-i neft sektorunun, 55,1%-i isə qeyri-neft sektorunun inkişafında istifadə edilib. Bu vəsaitin 56%-ni daxili investisiyalar, 44%-ni isə xarici investisiyalar təşkil edib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31