İKT

“Huawei” əməliyyat sisteminin adı məlum olub

21 May 2019 10:12

Çinin “Huawei” şirkətinin əməliyyat sistemi “Hongmeng” adlanacaq. Məlumata görə, şirkət tərəfindən istifadəçilərə bütün “Huawei” və “Honor” smartfon və planşetləri üçün təhlükəsizlik sistemi yenilənmələri və satışdan sonrakı xidmətin göstərilməsi ilə təmin ediləcəyinə zəmanət verilir.

“Google” istifadəçilərin satınalmasını izləyir?

20 May 2019 16:28

“Google” istifadəçilər tərəfindən edilmiş satınalmalar haqqında informasiyanı yadda saxlayır. “CNBC”-nin jurnalisti Todd Heyzelton buna diqqət yönəldib. O, "Satınalmalar" (Purchases) vərəqində son 5 il ərzində bütün öz satınalmalarının siyahısını aşkar edib. Bütün istifadəçilər müvafiq bölməyə daxil ola bilərlər.

Bu telefon və kompüterlərdən istifadə edənlərin DİQQƏTİNƏ: artıq işləməyəcək

20 May 2019 16:09

Bu telefon və kompüterlərdən istifadə edənlərin DİQQƏTİNƏ

Avropa İttifaqından kiberhücumlara sanksiyalar hazırlanır

20 May 2019 15:23

Avropa İttifaqında miqyaslı kiberhücumlara cavab olaraq sanksiyaların tətbiqinə imkan verən xüsusi mexanizm hazırlanıb. Bu barədə Avropa İttifaqı Şurasının bəyanatında deyilir.  “17 may 2019-cu ildə Şura tərəfindən Avropa İttifaqı və ya onun üzv ölkələri üçün xarici təhlükə törədən kiberhücumların qarşısını almaq və cavab vermək üçün məhdudlaşdırıcı tədbirlər görməyə imkan verən mexanizm yaradılıb”, – sənəddə qeyd olunur.

Çinlilərin "Huawei" cavabı gecikmədi - "Apple"i baykot edirlər

20 May 2019 14:28

Çinlilərin "Huawei" cavabı gecikmədi - "Apple"i baykot edirlər

“Huawei” smartfonları Google Play Store və Gmail kimi tətbiqlərdən məhrum ediləcək

20 May 2019 13:23

“Huawei” smartfonları Google Play Store və Gmail kimi tətbiqlərdən məhrum ediləcək

Atom saatı yaradılır

20 May 2019 12:29

ABŞ Milli Standartlar və Texnologiya İnstitutunun (NIST) mütəxəssisləri növbəti nəsil eksperimental atom saatı üçün əsas olacaq texnologiyanı nümayiş etdiriblər.

Smartfonun tez sıradan çıxmasına səbəb olan VƏRDİŞLƏR

20 May 2019 12:25

Əksər hallarda istifadəçilərin öz hərəkəti smartfonun tez sıradan çıxmasına səbəb olur. Ekspertlər smartfonlara zərər vuran ən geniş yayılmış vərdişlərin siyahısını tərtib ediblər. Cihaz sahibinin ehtiyatsız davranışı nəticəsində fiziki zədələnmə siyahının birinci pilləsində qərarlaşıb. Əksər hallarda smartfonları əldən yerə salırlar. Bir çoxları cihazın sudan müdafiəsinə ümid edirlər, ancaq suda və dərinlikdə tez-tez “selfi” çəkdirmək smartfonun sıradan çıxmasına gətirib çıxarır.

“Android” sisteminin hələ elan edilmiş versiyasında istifadəyə veriləcək yeni funksiya məlum olub

20 May 2019 11:43

“Android” əməliyyat sisteminin hazırlanması üzrə məsul şəxs olan “Google” korporasiyasının vitse-prezidenti Deyv Berk “Twitter”də sözügedən sistemin növbəti versiyasında əlçatan olacaq yeni funksiya haqqında məlumat paylaşıb.

“Microsoft” və “Sony” “bulud” oyun servisləri sahəsində əməkdaşlığa başlayır

17 May 2019 15:41

Oyun qurğuları bazarında iki əsas rəqib – Yaponiyanın “Sony” və ABŞ-ın “Microsoft” şirkətləri tərəfdaşlığa başlayır. Şirkətlər “Microsoft Azure” platforması əsasında oyun kontent servislərində iş üçün “bulud” həlləri hazırlayacaqlar. Mövcud oxşar “Sony” servisləri də gələcəkdə “Azure” platformasına keçəcək.

Almaniyada uçan elektrotaksi sınaqdan keçirildi

17 May 2019 10:50

Almaniyanın "Lilium" startap şirkəti uçan elektrik taksisinin prototipini havaya buraxıb. 5 yerlik taksinin sınağı Münhen şəhəri yaxınlığında aerodromda keçirilib.

Smartfon və fotokameranın hibridi buraxılacaq

17 May 2019 10:16

Məişət texnikası və elektronikanın istehsalında ixtisaslaşan “Hisense” şirkəti tezliklə smartfon və fotokameranı birləşdirən hibrid qurğu buraxmağa hazırlaşır. Bu barədə məlumat Ümumdünya Əqli Mülkiyyət Təşkilatının (World Intellectual Property Organization, WIPO) saytının patent sənədlərində yerləşdirilib.

“WhatsApp” istifadəçiləri növbəti fişinq hücumu ilə üzləşiblər

17 May 2019 10:07

“Eset” antivirus istehsalçısı “WhatsApp” istifadəçilərinə qarşı həyata keçirilən fişinq hücumu haqda məlumat verib. Cinayətkarlar “Spotify” musiqi xidmətinə illik abunədən tələ kimi istifadə edərək pul qazanmağa çalışırlar.

17 May - Ümumdünya Telekommunikasiya və İnformasiya Cəmiyyəti Günüdür

17 May 2019 09:51

Bu gün bütün dünyada 17 May - Ümumdünya Telekommunikasiya və İnformasiya Cəmiyyəti Günü kimi qeyd edilir. Olaylar.az bildirir ki, bu ümumbəşəri tarixin qeyd olunması sonradan Beynəlxalq Telekommunikasiya İttifaqı (BTİ) adlanan Beynəlxalq Teleqraf İttifaqının 17 may 1865-ci ildə əsasının qoyulması ilə sıx bağlıdır. İnformasiya Cəmiyyəti üzrə Ümumdünya Sammitinin 2005-ci ildə Tunisdə keçirilən ikinci mərhələsi çərçivəsində BMT Baş Assambleyasına 17 may tarixinin "Beynəlxalq informasiya cəmiyyəti günü" elan edilməsi ilə bağlı müraciət qəbul edilir.

“WhatsApp” məxfi xidmət orqanları ilə əməkdaşlıq edir - İDDİA

16 May 2019 17:05

“WhatsApp” məxfi xidmət orqanları ilə əməkdaşlıq edir - İDDİA