Almaniyada uçan elektrotaksi sınaqdan keçirildi
Almaniyanın "Lilium" startap şirkəti uçan elektrik taksisinin prototipini havaya buraxıb. 5 yerlik taksinin sınağı Münhen şəhəri yaxınlığında aerodromda keçirilib.
17 May 2019 10:50 İKTAlmaniyanın "Lilium" startap şirkəti uçan elektrik taksisinin prototipini havaya buraxıb. 5 yerlik taksinin sınağı Münhen şəhəri yaxınlığında aerodromda keçirilib.
Qeyd olunur ki, 1,5 ton çəkili avtomobil şaquli vəziyyətdə havaya qalxıb və bir müddət havada asılı qalıb. Avtomobil məsafədən idarə olunub.
Növbəti sınaqlarda taksinin bir neçə manevr edəcəyi və üfüqi uçuş həyata keçirəcəyi gözlənilir.
2025-ci ildən başlayaraq Almaniyanın azı 2 şəhərində uçan elektrik taksilərin kommersiya fəaliyyəti nəzərdə tutulur. Bu taksilər bir saat müddətində uçuş keçirmək qabiliyyətindədir və maksimal sürətləri saatda 300 kilometrədək çatacaq. Trend