“Huawei” smartfonları Google Play Store və Gmail kimi tətbiqlərdən məhrum ediləcək

“Huawei” smartfonları Google Play Store və Gmail kimi tətbiqlərdən məhrum ediləcək

Çin şirkəti Huawei "Google"a məxsus olan müxtəlif xidmətlər və tətbiqlərə çıxışını itirəcəkdir.

Olaylar.az bildirir ki, ABŞ-ın Ticarət Nazirliyi Çin şirkətini qara siyahıya salmaq niyyətini açıqladıqdan sonra, "Google" rəhbərliyi "Huawei Technologies" ilə bütün əməkdaşlıq münasibətlərini kəsmək qərarına gəlib. 

Reuters tərəfindən verilən məlumat görə, "Huawei"a aid bir sıra smartfonlar Google Play Store və Gmail kimi tətbiqlərdən məhrum ediləcək.

"Google" şirkətinin məlumatına  görə isə, istifadəçilər smartfonlarda artıq quraşdırılmış xidmət və tətbiqlərdən istifadə etməyə davam edə bilərlər. 

"Reuters"un verdiyi məlumat görə, "Huawei" ilə bağlı olan bu vəziyyət ABŞ və Çin arasında baş verən iqtisadi münaqişənin davamıdır. 

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31